Slavyan təqvimi
Bir çox slavyan dilləri Qriqori təqvimində ilin ayları üçün Latın mənşəli adlardan rəsmi olaraq istifadə etsələr də, Slavyan mənşəli olduqlarına görə on iki ay üçün latın adlarından fərqli olan köhnə adlar dəsti də mövcuddur. Bəzi dillərdə, məsələn serb dilində bu ənənəvi adlar arxaikləşmişdir və buna görə nadir hallarda istifadə olunur.
Slavyan dillərində ilin aylarının orijinal adları hava şəraiti və bu dövr üçün ümumi olan xüsusiyyətlər, habelə kənd təsərrüfatı fəaliyyətləri kimi təbii hadisələri yaxından izləyir.
Bir çox ayın fərqli bölgələrdə bir neçə alternativ adı var.
Xorvat ayları Qriqorian təqvimində istifadə olunan Latınca ay adlarından fərqlənir:
Bəzi adlar, standart Xorvat lüğətlərində artıq olmayan arxaik xorvat-slavyan sözlərindən yaranmışdır. Buna görər də bu sözlərin mənası da birmənalı deyil.
Çex aylarının adları, Polşa, Xorvat, Ukrayn və Belaruscada da olduğu kimi, əksər Avropa dillərində istifadə olunan Latın adlarına əsaslanmır. -en şəkilçisi ayların çoxuna əlavə olunur.
Yanvar - leden ( led – buz)
Fevral - únor (yəqin ki, nořit sözündən törəmiş nor-kök sözündən yaranmışdır və göl səthinin altındakı buz kütləsi mənasında işlənmişdir)
Mart - březen (ağcaqayın mənasını verən bříza və ya hamiləlik mənasını verən březí sözündən götürülmüşdür – bu dövrdə bir çox meşə heyvanları, xüsusən də dovşanlar hamilə olur)
Aprel - duben ( dub – palıd sözündən götürülmüşdür)
May - květen ( květ – çiçək sözündən törəmişdir )
İyun - červen (qırmızı mənasında işlənən červený və ya soyuq mənasını verən červ sözündən törəmişdir və hər iki məna meyvə ilə bağlıdır)
İyul - červenec (červen ilə eyni mənadadır, sadəcə -ec şəkilçisi qəbul edib)
Avqust - srpen ( srp – oraq sözündən )
Sentyabr - září (lİşıq saçır)
Oktyabr - říjen (říje- adət sözündən törəyib)
Noyabr - listopad ("yarpaqların düşməsi" deməkdir)
Dekabr - prosinec (yalvarmaq, soruşmaq mənasında işlənən prosit və ya daha böyük ehtimalla prosinalý–solğun sözündən törəyib. Çünki bu ayda səma solğun olur.)
Makedon dilində Qreqori təqviminin aylarının iki dəst adları var.